Press "Enter" to skip to content

Prezident Kəlbəcərin bərpası üçün 80 mln manat ayırdı

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işləri üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.

Bu haqda xəbəri avqustun 17-də Prezidentin Mətbuat xidməti yayıb.

Sərəncamda deyilir ki, “Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80,0 (səksən) milyon manat vəsait ayrılsın”.

Sərəncamla Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə müvafiq tədbirlərin görülməsi də tapşırılıb.

Mission News Theme by Compete Themes.