BAYRAQDAR MEDİA – Avqustun 17-si saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 20 MİN 871 uşaq elektron qeydiyyatdan keçib.
Bu barədə BAYRAQDAR MEDİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2018-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar. Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq”.
da qeyd edilib ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.