Son yeniləmə: 17 Avqust 2023 18:06
BAYRAQDAR MEDİA – 2023-cü ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlərə 10 milyon 350 min müraciət qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 17-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, “hazırda Nazirliyin 153 xidmətindən 140-dan və ya 90 faizdən çoxu e-qaydada təqdim edilir. Həmçinin digər qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin olunur. Cari ilin 7 ayında Nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə həmin qurumlardan daxil olan sorğu sayı 146 milyon olub. Son illərin mühüm rəqəmsal sosial nailiyyətlərindən olan e-sosial internet portalından isə yanvar-iyul aylarında 4 milyon 537,4 min dəfə istifadə olunub”.