Son yeniləmə: 16 Avqust 2023 11:44
BAYRAQDAR MEDİA – Qazaxıstanda ailələr övladlarını son illərdə rus dilində təhsil verən məktəblərdənsə, daha çox qazax dilində təhsil verən məktəblərə göndərməyə üstünlük verirlər.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, 1 avqust 2023-cü ildə Qazaxıstanda birinci sinifə şagird qəbulu prosesi başa çatıb.
Sənədlərin qəbulu aprelin 1-dən dörd ay çəkib. Qazaxıstan Respublikası Təhsil Nazirliyinin məlumatına görə, bu müddət ərzində qazaxlar qeydiyyat üçün 377 min 681 müraciət edib, 339 min 880 şagird birinci sinfə qəbul olunub.
Daha sonra müvafiq şöbədən qeyd olunub ki, birinci sinif şagirdlərinin 70,7 faizi dövlət dilində təhsil almağa üstünlük verib.
Qazaxıstanın bəzi bölgələrində bu rəqəmin 90 faizə çatdığı bildirilib.