Press "Enter" to skip to content

“Nar” abunəçiləri parkinq xidmətini SMS ilə ödəyə biləcək

BAYRAQDAR MEDİA – İndi “Nar” abunəçiləri heç bir parkinq ödəmə cihazından istifadə etmədən, sadəcə SMS iləparklanma üçün nəzərdə tutulmuş ərazilərdə avtomobillərini mimimum 30 qəpikdən başlayan ödənişlə park edə bilər.

Bu barədə verilən məlumatda bildirilir ki, “parkinq üçün uyğun yer tapdıqdan sonra xidmətdən istifadəyə başlamaq çox sədədir. Ardıcıllığa əməl etməklə, avtomobilin qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsini və parklanma yerini(Məsələn: 10XX000 – 10001 – 1) yazıb 1181 qısa nömrəsinə SMS göndərərək parkinq zamanını başladırsınız.Parkinqdən çıxarkən isə “SON” yazıb 1181 qısa nömrəsinə SMS göndərmək lazımdır. Bu zaman parkinqdən istifadə müddətiniz hesablanacaq və ödəniş məbləği“Nar”ınöncədən ödənişli tarifində olan abunəçilərin balansından avtomatik çıxılacaq. Korporativ müştərilərisə AzParking tətbiqi üzərindən müxtəlif üsullarla ödənişi həyata keçirə bilərlər . Ətraflı məlumat üçün nar.az/parkinq səhifəsinə daxil ola bilərsiniz”.

Mission News Theme by Compete Themes.