Press "Enter" to skip to content

Gənc qazilər Azərbaycanın Milli Qəhrəmanı ilə görüşüb

Tədbir zamanı

Son yeniləmə: 16 Avqust 2023 12:14

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilati dəstəyi ilə Quba rayonunda təşkil olunan “Hüququndan keçən əsgər” istirahət düşərgəsində 44 günlük Vətən müharibəsi iştirakçılarının istirahəti davam edir.

İctimai Birlikdən verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan Respublikadının Milli Qəhrəmanı Vahid Qulyev ilə görüş keçirilib: “Görüşdə “Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli və Qubada yaşayan iş adamı Mehman İbrahimov da iştirak edib. Tədbirin əvvəlində bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Emin Həsənli qeyd edib ki, bu kimi layihələr dövlət qurumlarının maliyyə dəstəyi ilə həyata keçirilir”.

E.Həsənli daha sonra deyib: “Nəyə görə layihəmizin adı “Hüququndan keçən əsgər” adlanır? Himndə iki sətrdə bu sözlər var – Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu. Konstitusiyamızda qeyd olunduğu kimi ən böyük hüquq yaşamaq hüququdur. Şəhid gənc yaşında yaşamaq, qazi isə sağlamlıq hüququndan keçib. Bundan böyük hüquq yoxdur. Mən qazilərin birliyindən, bütövlüyündən çox məmnunam və bu cür də davam etməlidir. Ölkənin yüksəlişi sizin adınızla bağlıdır”.

Sonra Milli Qəhrəman Vahid Quliyev çıxış edib.

Tədbirdə həmçinin, iş adamı Mehman İbrahimov, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, ehtiyatda olan zabit, “Böyük qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, qazi Əhliyyət Mehtiyev şıxış ediblər.
Tədbir sonra müzakirələrlə davam edib.

Mission News Theme by Compete Themes.