Press "Enter" to skip to content

Diplomatik korpus nümayəndələri Ağdamdadır

Heyət artıq Ağdamdadır

BAYRAQDAR MEDİA – Ermənistan təbliğat maşınının durmadan Azərbaycanı Qarabağ ermənilərini blokadada saxlamaqda ittiham etməsi fonunda avqustun 16-da Bakıda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Ağdama yollanıb.

Bununla bağlı yayılan xəbərdə deyilir ki, “Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb. Heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi daxildir”.

O da bildirilir ki, “səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır”.

“Eyni zamanda qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat veriləcək. Qonaqların hazırda şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olması da nəzərdə tutulur”, – deyə xəbərdə bildirilir.

Qeyd edək ki, heyəti Prezidentin köməkçisi Hikmət Hacıyev müşayiət edir.

Mission News Theme by Compete Themes.