Son yeniləmə: 16 Avqust 2023 13:50
BAYRAQDAR MEDİA – Batı Trakya Türkləri Həmrəylik Dərnəyinin (BTTDD) sədri Hasan Küçük Bahçeköy (Kipi) sərhəd qapısından Yunanıstana buraxılmayıb.
Bu barədə Birlik Gazetesi məlumat yayıb.
Bildirilib ki, “məsələ ilə əlaqədar İYİ Partiya Bursa İl başqanı və BTTDD-nin sədr müavini Dr. Mehmet Hasanoğlu bu barədə yazılı açıqlama verib: “Batı Trakya Türkləri Həmrəylik Dərnəyinin sədri cənab Hasan Küçükə, Yunanıstana girmək icazəsi verilməyib. Ona heç bir izahat verilməyib və H.Küçük İpsala (Kipi) sərhəd qapısından Türkiyəyə qaytarılıb. Batı Trakya türk azlığının hüquq mübarizəsinin çətir təşkilatı olan Batı Trakya Türkləri Həmrəylik Dərnəyinin hazırkı sədrinin və bu günə qədər vəzifə yerinə yetirən bütün sədr və idarəçilərin yalnız bir işi var, o da Yunan Konstitusiyası, Lozanna müqaviləsi və ikitətrli anlaşmalarla Batı Trakya türk azlığına verilməli olan hüquqların əldə edilməsidir”.
Açıqlamada Yunanıstan hökumətindən dərhal Hasan Küçükün ölkəyə dönməsinə şərait yaradılması istənilib.