Press "Enter" to skip to content

Özbəkistanda koronavirusa qarşı immunitet yaradan süd hazırlanıb

Son yeniləmə: 15 Avqust 2023 11:48

Özbəkistanda koronavirusa qarşı yeni üsul tapılıb.

Kırım Haber Ajansının məlumatına görə, Özbəkistanda koronavirusun təsirini itirməsinə səbəb olan və insanlarda immunitet yaradan süd istehsal edilib.

Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi koronavirus üçün hazırlanmış südü təqdim edib. Bildirilir ki, məhsulu bazara çıxaran “PanaevFarms” şirkətinin əsas qərargahı Nukus şəhərindədir.

Özbəkistanın İnnovativ İnkişaf Nazirliyi, Beynəlxalq Molekulyar Allergiya Mərkəzi və Vyana Tibb Universiteti 2021-ci ildə koronavirusa qarşı immunizasiya edən südün R&D tədqiqatları üzərində işə başlayıb.

PanaevFarms südün inkişafında Avstriya və Almaniyadan gətirilən damazlıq inəklərdən və Holşteyn cinsindən olan inəklərdən istifadə edildiyini bildirib.

Özbəkistan Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, südlə bağlı, “2022-ci ildə bu inəklərin südündən alınan analizlərin nəticələri göstərdi ki, Koronavirusunu zərərsizləşdirən antitellər yaranıb. 2022-ci ilin oktyabr ayından PanayevFarms İmmune Südü brendi altında kiçik həcmli pasterizə olunmuş süd istehsalı üçün texnoloji xətlərin sınaqlarına başlanılıb”.

Mission News Theme by Compete Themes.