Son yeniləmə: 15 Avqust 2023 13:44
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 243 mln. manat çox olmaqla 3 mlrd. 848mln. manat təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 15-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, “Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyul aylarında proqnoza nisbətən 9 faiz və ya 243 mln. manat artaraq 2 mlrd. 985 mln. manat olub. Həmin dövrdə DSMF-nin xərcləri 3 mlrd. 513 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 460 mln. manat çoxdur”.