Son yeniləmə: 14 Avqust 2023 14:41
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-iyul aylarında 195 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 14-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, “onlardan 57 min nəfər “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib. Həmin dövrdə 9 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib”.
Qeyd edilib ki son 7 ayda 7,2 min işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həm Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində peşə hazırlığı kursları təşkil edilib: “Digər bir istiqamət olaraq 121,6 min şəxsə isə peşəyönümü xidmətləri göstərilib”.