Press "Enter" to skip to content

Ucarda beton kanal çəkilir

İş zamanı

Son yeniləmə: 14 Avqust 2023 13:11

BAYRAQDAR MEDİA – “Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma-Sazlama Tikinti İdarəsi tərəfindən Ucar rayonu ərazisində olan Məlikliballı və Qazıqumlaq torpaq məcralı kanalının beton üzlüyə alınması işləri həyata keçirilir”.

Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, görülən işlər rayonda suvarmanın mütəşəkkil aparılmasına xidmət edəcək, su itkisi minimuma endiriləcək: “Ümumi uzunluğu 1800 metr olan kanal 2 kənddə 1500 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edir. Hazırda kanalda son tamamlanma işləri yerinə yetirilir. Qeyd edək ki, Bakı İxtisaslaşmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma-Sazlama Tikinti İdarəsi Ucar rayonu ilə yanaşı Lənkaran rayonunun Xanbulançay Su Anbarında 5 nömrəli nasos stansiyasından çıxan təziqli boru xəttlərinin çəkilməsi, Ağdaş rayonunda torpaq məcralı kanalın beton üzlüyə alınması və Tovuz rayonunun Ağdam kəndində su anbarının bərpa işlərini həyata keçirir”.

Mission News Theme by Compete Themes.