Son yeniləmə: 14 Avqust 2023 13:37
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilati dəstəyi ilə 44 günlük Vətən müharibəsi iştirakçıları və qazilər üçün Quba rayonunda “Hüququndan keçən əsgər” istirahət düşərgəsi təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Bilrikdən məlumat verilib.
Bildirilib ki, düşərgənin təşkil edilməsində əsas məqsəd müharibə iştirakçılarının, xüsusilə də gənc qazilərin istirahətini təşkil etmək və asudə vaxtlarını səmərəli keçirilməsinə töhfə verməkdən ibarətdir: “Düşərgə iştirakçıları Quba rayonuna səfəri zamanı ilk öncə şəhərin girəcəyində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin adidəsini, sonra Şəhidlər xiyabanında 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbçilərin məzarını ziyarət etdilər. Xiyabanda olan zaman şəhid valideynlərinin övladlarının məzarını ziyarət etdiklərini müşahidə etdik. Müharibə iştirakçılarının və qazilərin orada olduğunu bilən Qubada yaşayan şəhid ailələrinin valideynləri Şəhidlər xiyabanına gələrək onlarla görüşdü. Şəhid Abduləlimov Miqdad Faiq oğlunun anası Tünzalə xanım söhbət zamanı Şəhidlər xiyabanına gəldikləri üçün onlara təşəkkürünü bildirdi. Burada olduqları müddətdə nə lazımdırsa kömək etməyə hazır olduğunu vurğuladı və qeyd etdi ki, sizin kimi cəsur oğlanlar bizim övladlarımızın qanını yerdə qoymadı”.
Sonra müharibə iştirakçıları istirahət edəcəkləri məkana gəliblər. Burada asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq.