Press "Enter" to skip to content

Prezidentdən tanınmış sənətçilərə yüksək dəyər

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev avqustun 14-də iki tanınmış sənət adamını təltif etməklə bağlı Sərəncam imzalayıb.

Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, “Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Ağarza oğlu Məlik “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

Digər bir Sərəncamla isə “Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Akif Qədir oğlu İslamzadə “Şöhrət” ordeni ilə təltif edilsin” deyə bildirilir.

Mission News Theme by Compete Themes.