Press "Enter" to skip to content

“Nar” dan yeni xidmət

Son yeniləmə: 14 Avqust 2023 16:04

NaviMax GPS izləmə imkanı

BAYRAQDAR MEDİA – Artıq “Nar” abunəçiləri NaviMax tətbiqi ilə izlənmə funksiyası mümkün olan istənilən cihazın GPS izləmə vasitəsi ilə yerinə, hərəkətinə, qət etdiyi məsafəyə və digər göstəricilərinə minimum ödənişlə nəzarət edə bilərlər. Aylıq 1 AZN abunəlik haqqı ilə yaxınlarınızın olduğu məkanı həm real vaxtda, həm də oflayn rejimdə izləyib onların təhlükəsizliyini təmin edə bilərsiniz.

Bu barədə verilən məlumatda bildirilir ki, xidmətə qoşulmaq üçün ilk olaraq, “App Store” və ya “Play Store”-dan NaviMax-ı yükləyib, ölkələr siyahısından Azərbaycanı seçərək qeydiyyatdan keçirsiniz: “Daha sonra telefonunuza gələn birdəfəlik şifrəni daxil edərək GPS icazəsini aktivləşdirməklə qeydiyyatı tamamlamış olursunuz”.

Qeyd edək ki, abunəçilər xidməti 3 gün pulsuz istifadə edib test edə bilərlər. NaviMax xidməti haqqında ətraflı məlumatı nar.az/navimax bu səhifədən əldə etmək olar.

Mission News Theme by Compete Themes.