Son yeniləmə: 14 Avqust 2023 08:30
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) koalisiya hökumətinin kabinetində dəyişiklik edilib.
Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, KKTC Baş naziri Ünal Üstel və KKTC Cümhurbaşqanı Ersin Tatar arasında görüş keçirilib.
Görüşdə Nazirlər Kabinetində dəyişiklik müzakirə edilib.
KKTC Cümhurbaşqanı E.Tatarın təsdiqi ilə yeni kabinet rəsmi qəzetdə dərc olunub.
Beləliklə, Nazirlər Kabinetinin Ulusal Birlik Partiyasının (UBP) qanadından daxili işlər naziri Ziya Öztürkler, maliyyə naziri Alişan Şan, səhiyyə naziri İzlem Gürçağ Altuğra və əmək və sosial müdafiə naziri Hasan Tasoy vəzifələrindən azad edilib.
UBP Girne millət vəkili Özdemir Berova maliyyə naziri, UBP Gazimağusa millət vəkili Hakan Dinçyürek səhiyyə naziri, UBP Gazimağusa millət vəkili Hüseyn Çavuş kənd təsərrüfatı və təbii sərvətlər naziri, UBP Lefkoşa millət vəkili Sadıq Qardiyanoğlu isə əmək və sosial müdafiə naziri təyin edilib.
KKTC-də Baş nazir Ünal Üstelin rəhbərlik etdiyi Ulusal Birlik Partiyası (UBP), Demokrat Partiyası (DP) və Yenidən Doğuş Partiyasının (YDP) koalisiya hökuməti 12 may 2022-ci ildə quruldu.