Press "Enter" to skip to content

Gənc Tamaşaçılar Teatrı monotamaşa ilə festivala yollanıb

Monotamaşa

BAYRAQDAR MEDİA – Gənc Tamaşaçılar Teatrı 14-20 avqust 2023-cü ildə Rusiyanın Vladimir şəhərində keçiriləcək III “Teatr. Birlik Məkanı” beynəlxalq teatr festıvalında “Kontrabas” adlı monotamaşa ilə çıxış edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrdan daxil olub.

Xəbərdə deyilir ki, “alman yazıçısı Patrik Zuskindin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti İrina Perlovadır. Səhnə əsərində kontrabasçı rolunu Əməkdar artisti Şövqü Hüseynov ifa edəcək”.

Ensiklopedik biliklərə malik qəhrəman həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi kontrabasdır.

Mission News Theme by Compete Themes.