Press "Enter" to skip to content

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Avqustun 13-də saat 22:45-dən avqustun 14-ü saat 07:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı və Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 14-də Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Mission News Theme by Compete Themes.