Press "Enter" to skip to content

Azərbaycanın dostuna növbəti dəfə etimad

Abdullah Eren

Son yeniləmə: 14 Avqust 2023 14:10

Abdullah Eren yenidən YTB başqanı vəzifəsinə təyin edilib

BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Azərbaycanın dostu olan Abdullah Erenə növbəti dəfə etimad göstərib.

Resmi Gazetedə dərc olunan qərara əsasən, Abdullah Eren yenidən Türkiyənin Xaricdəki Türklər və Əqraba İcmalar İdarəsi (YTB) başqanı təyin edilib.

Qeyd edək ki, Abdullah Eren bu təyinat üçün Cümhurbaşqanı Recep Tayyip Erdoğana təşəkkürünü bildirib.

A.Eren sosial media hesabından etdiyi paylaşımda bunları qeyd edib: “Xaricdəki Türklər və Əqraba İcmalar İdarəsi başqanlığına təyin olunmağım münasibətilə Cümhurbaşqanımız sayın Recep Tayyip Erdoğana təşəkkürümü bildirirəm. Nazirimiz cənab Mehmet Nuri Ersoyun rəhbərliyi ilə Türk Yüzilində, harda vətəndaşımız, qardaşımız varsa, orda olacağıq inşallah!”

Abdullah Eren və Nadir Azəri - İstanbul TEKNOFEST-2023.
Abdullah Eren və Nadir Azəri – İstanbul TEKNOFEST-2023.

Məlumat üçün bildirək ki, Abdullah Eren 1984-cü ildə İstanbulda anadan olub. O, Boğaziçi Universitetində Sosiologiya üzrə bakalavr dərəcəsini və London-Vestminster Universitetində Diplomatik Araşdırmalar üzrə magistr dərəcəsini alıb.

Abdullah Eren, YTB başqanı olmazdan öncə Baş Nazirlik Aparatının rəis müavini və Baş nazirin müşaviri vəzifələrindən çalışıb. Sonra isə Cümhurbaşqanının baş müşaviri vəzifələrində çalışıb.

A.Eren Türkiyə Cümhurbaşqanının 27 oktyabr 2018-ci il tarixli qərarı ilə YTB başqanı təyin edilib.

Abdullah Erenin zəngin səfər proqramı

YTB başqanı olduğu ötən müddətdə xaricdə sayı 7 milyona çatan Türkiyə vətəndaşlarının diasporu üçün işlərlə yanaşı, o, həmçinin Balkanlar, Orta Asiya, Qafqaz, Orta Doğu və Quzey Afrikaya qədər geniş bir məkanda yayılmış qohum və əlaqəli icmalarla əlaqələrin qurulması istiqamətində mühüm addımlar atıb.

Beyinlərdə başlayan səssiz inqilabın adı –TEKNOFEST

A.Eren, o cümlədən Türkiyə Bursları çərçivəsində dünyanın bütün nöqtələrindən gəlib Türkiyədə təhsil alan tələbələrin sayının artması, onlara hər cür imkanların yaradılması üçün davamlı işlər görüb.

180 ölkədən 15 min burslu tələbə

Cümhurbaşqanının 11.08.2023-cü il tarixli qərarı ilə yenidən YTB başqanı təyin olunan Abdullah Eren ingilis dilini yaxşı bilir, evlidir və 2 uşaq atasıdır.

Yuxarıda da vurğuladığımız kimi Abdullah Eren həm də bir Azərbaycan dostu kimi tanınır.

YTB başqanı Dövlət Komitəsində olub

Mission News Theme by Compete Themes.