Son yeniləmə: 11 Avqust 2023 10:16
BAYRAQDAR MEDİA – Türkiyənin Yükseköğretim Kurulu, biri Kosovada olmaq üzrə daha 4 universitetin diplomlarının tanınmamasına qərar verib.
Xəbəri Yeni Balkan yayıb.
Bildirilib ki, Kosovada fəaliyyət göstərən “Irilia College-Irilia Royal University”nin diplomları YÖK tərəfindən kabul edilməyəcək.
Qərarla bağlı YÖK-dən verilın açıqlamada deyilir:“YÖK İdarə Heyətinin 02.08.2023-cü il tarixli iclasında qəbul edilən qərara əsasən, Xarici ali təhsil diplomlarının ekvivalentliyi haqqında Əsasnamənin 5-ci maddəsinə uyğun olaraq, Kosovoda fəaliyyət göstərən “İriliya Kolleci-İriliya Kral Universiteti”, İranda fəaliyyət göstərən “Əl Mustafa Beynəlxalq Universiteti”, Ukraynada fəaliyyət göstərən “V. N. Karazin adına Xarkov Milli Universiteti” və “Beynəlxalq Humanitar Universiteti” İdarə Heyətimiz tərəfindən tanınmır”.