Son yeniləmə: 11 Avqust 2023 14:25
BAYRAQDAR MEDİA – İraq Həndbol Federasiyası 2023-2024 mövsümü üçün Qadınlar Super Liqasının başlama tarixini açıqlayıb.
Türkmeneli TV xəbər verir ki, Federasiyanın prezidenti Ahmet Riyad açıqlamasında belə deyib: “Federasiyanın iclasında bu ayın 15-də liqaya başlamaq qərarına gəldik. Turnir Kərkükdə keçiriləcək”.
Ahmet Riyad, həmçinin “növbəti qadınlar liqasına “Ərbil Qadınlar”, “Kərkük Qadınlar”, “Tələbələr”, “Şəhraban” və “Rafideyin Əl-Diyvani2 komandaları qatılacaq. Qadınlar Super Liqası iki mərhələdə və adıçəkilən komandaların iştirakı ilə baş tutacaq” deyib.