Son yeniləmə: 11 Avqust 2023 13:41
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın Mədəniyyət Nazirliyinin müşaviri Valmir Aziri İstanbula səfər edib. Səfər zamanı o, İstanbuldakı Quzey Makedoniya Mədəniyyət Mərkəzində olub.
Yeni Balkan xəbər verir ki, V.Aziri Mədəniyyət Mərkəzinin direktoru Ramazan Ramazani ilə görüşüb: “Görüş zamanı Quzey Makedoniya Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub. İkili həmçinin gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar. Mədəniyyət Mərkəzinin Türkiyə ilə Quzey Makedoniya arasında mədəni əməkdaşlığın yaxşılaşdırılmasında hansı rolu oynaya biləcəyi də müzakirə olunub”.