Son yeniləmə: 11 Avqust 2023 14:25
BAYRAQDAR MEDİA – 2023-cü ilin birinci yarısında Özbəkistanın bostan məhsulları ixracı 16,7 milyon dollar təşkil edib.
Bu barədə Veçernıy Bişkek məlumat yayıb.
Xəbərdə deyilir: “Statistika Agentliyinin məlumatına görə, Özbəkistan bu ilin altı ayında 79,9 min ton bostan məhsulları ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,8 min ton çoxdur. İlk üç idxalçıya Qazaxıstan – 35,7 min ton, ikinci yeri Rusiya – 29,3 min ton, üçüncü yeri isə Qırğızıstan tutur”.
Bildirilib ki, artıq ölkəyə 12,6 min tonu təhvil verilib: “Ən dadlı özbək qovunları isə bizə gəlməyə davam edir. Onlara tələbat azalmır”.