Press "Enter" to skip to content

218 təqaüdçü diplomatdan Disneyə etiraz

BAYRAQDAR MEDİA – “Disney Plus”ın “Atatürk” televiziya serialının beynəlxalq yayımını dayandırması xəbəri Türkiyədə etirazla qarşılanıb. Öz növbəsində 218 təqaüdçü diplomat məsələyə sərt reaksiya verib.

TV24 xəbər verir ki, təqadüçü diplomatların etiraz mətnində aşağıdakı fikirlər öz əksini tapıb: “Serialın yayımının dayandırılmasının səbəbi xüsusilə Amerika Erməni Milli Komitəsinin (ANCA) lobbiçilik fəaliyyəti ilə bağlıdır. Disney Plus yəqin ki, ANCA-nın sistematik olaraq türklərə qarşı qarayaxma kampaniyaları apardığını və 1970-1980-ci illərdə türk diplomatlarının dünya üzrə sui-qəsdlərindən məsul olan ASALA terror təşkilatını dəstəklədiyini bilir. Güman etmək istərdik ki, Disney Plus terror təşkilatı ilə dolayı yolla olsa belə, hər hansı bir əlaqədən qaçmaq üçün son dərəcə həssas olacaq. Beynəlxalq səviyyədə qəbul edilən Atatürk anlayışı kontekstində Disneydən 1981-ci ildə UNESCO-nun Atatürkün 100 illik yubileyi münasibətilə qəbul etdiyi qərarı xatırlamağı xahiş edirik. Birləşmiş Millətlər Təşkilatının qətnaməsində Atatürkün dünyada davamlı sülhün mühüm tərəfdarı olduğu və onun rəngindən, dinindən və irqindən asılı olmayaraq xalqlar arasında harmoniya və əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük səylər göstərdiyi təsdiqlənir. Bu səbəbdən biz Disney Plus-dan Atatürk serialının əvvəlcədən planlaşdırıldığı kimi yayımlanmasını xahiş edirik”.

Qeyd edək ki, mətni imzalayanalr arasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç da var.

Mission News Theme by Compete Themes.