Son yeniləmə: 10 Avqust 2023 10:45
BAYRAQDAR MEDİA – Kənd inkişafı ilə yanaşı bələdiyyə xidmətlərinə böyük əhəmiyyət verən Denizli Böyükşəhər Bələdiyyəsi əkinçilik və heyvandarlıqla məşğul olan istehsalçılara dəstəyini davam etdirir.
Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.
Bildirilib ki, “Denizli böyük şəhər olduqdan sonra, kəndlər üçün 50-dən çox dəstək layihəsi həyata keçirərək istehsalçılara təzə nəfəs verən Böyükşəhər Bələdiyyəsi tərəfindən başladılan mineral daş paylama proqramı tamamlanıb. Layihə ilə Denizlinin 19 rayonunda 27 min 10 müəssisədə 446 min 536 baş qoyun və 199 min 564 baş iribuynuzlu heyvan olmaqla cəmi 646 min 100 heyvanın mineral daşa ehtiyacı qarşılanıb. Cəmi 140 min ədəd paylanan və kökəlmə performansını artırmaq məqsədi daşıyan mineral daş dəstəyi ilə qoyun və iribuynuzlu heyvanlarda iştahın azalması, böyümənin ləngiməsi və süd-ət istehsalının azalmasının aradan qaldırılması hədəflənir”.
Denizli Böyükşəhər Bələdiyyə Başçısı Osman Zolan 2014-cü ildə Dənizlinin böyük şəhər statusu alması ilə əkinçilik və heyvandarlığa dəstək ola bildiklərini xatırladıb.