Son yeniləmə: 20 Avqust 2023 23:41
BAYRAQDAR MEDİA – İraqın Elektrik Nazirliyi Qətər və Türkmənistandan qaz idxalını müzakirə etmək üçün birgə komitənin yaradıldığını təsdiqləyib.
salamnews.tm xəbər verir ki, bu barədə İraq Xəbər Agentliyi (INA) məlumat yayıb.
İraqın elektrik naziri Ziyad Əli Fadel INA-ya bildirib ki, hökumət qərarlar qəbul edib.
INA qeyd edib ki, İraqın idxal etdiyi qaz İraqın mərkəzi və güneyində yerləşən və birlikdə gündə təxminən 7 min meqavat istehsal edən elektrik stansiyalarında istifadə olunur.