Son yeniləmə: 10 Avqust 2023 10:46
BAYRAQDAR MEDİA – Denizlinin Kale Bələdiyyəsinin başqanı Mehmet Salih Sağınç bu il təşkil edəcəkləri 27-ci Ənənəvi Kale Bibər Festivalı çərçivəsində keçiriləcək tədbirlərlə bağlı geniş açıqlamalar verib.
Bu barədə Deda Haber məlumat yayıb.
Bildirilib ki, Mehmet Salih Sağınç 27-ci Ənənəvi Kale Bibər Festivalı çərçivəsində yağlı güləş və xalq konsertləri olacağını qeyd edib. O, avqustun 11-də saat 17:00-da kortej yürüşü ilə başlayacaq festivala bütün denizlililəri dəvət edib.
Tədbirin pəhləvanı olan Sezer Tomay keçmişdən bu günə yağlı güləş tədbirlərinin bazar günü 500 pəhləvanın iştirakı ilə keçiriləcəyini bildirib.
Festivalda cümə günü Zeynep Casalini, şənbə günü isə İrem Derici səhnəyə çıxacaq.