Son yeniləmə: 9 Avqust 2023 14:36
BAYRAQDAR MEDİA – Türkiyə ilə Özbəkistan arasında əlaqələr dərinləşməkdə davam edir.
Kırım Haber Ajansının məlumatlna görə, iki qardaş ölkə arasında təhsildən tutmuş səhiyyəyə qədər bir çox birgə layihələr həyata keçirilir: “Bu çərçivədə Türkiyədə yerləşən Sağlıq Elmləri Universitetinin Özbəkistanın paytaxtı Daşkənddə tibb bacısı fakültəsi açacağı öyrənilib. Fakültənin 2023-cü ilin oktyabrında fəaliyyətə başlaması gözlənilir. Universitetin rektoru Prof. Dr. Kemalettin Aydın Daşkənddə açılacaq fakültədə təhsilin türkcə olacağını və Türkiyədən gələcək akademiklərin təhsil verəcəklərini qeyd edib”.
O, əvvəlcə 60 tələbə qəbul edəcəklərini və qarşıdakı illərdə həm filialın, həm də tələbələrin sayının artacağını bildirib. Sağlıq Elmləri Universiteti daha əvvəl Özbəkistanın Buxara şəhərində Özbəkistan Buxara İbn-i Sina Tibb Fakültəsini açmışdı.