Son yeniləmə: 9 Avqust 2023 14:35
BAYRAQDAR MEDİA – Qırğızıstanın Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyi avqustun 8-də verdiyi açıqlamada 2023-cü ildə xaricdə dünyasını dəyişən 300-ə yaxın Qırğızıstan vətəndaşının cənazəsinin ölkəyə gətirildiyini açıqlayıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Xarici İşlər Nazirliyi xaricdə ölən Qırğızıstan vətəndaşlarından 200-dən çoxunun Rusiyadan gəldiyini təsdiqləyib. Nazirlik onu da bildirib ki, 2021-ci ildə 540 nəfərin cənazəsi xaricdən Qırğızıstana gətirilib.
Qeyd olunub ki, dövlət bölmələri xaricdə həlak olan qırğızların cənazələrinin vətənlərinə gətirilməsi istiqamətində işləri davam etdirir”.
Məlumatda daha sonra deyilir: “Digər tərəfdən, cəsədləri Rusiyadan göndərilən Qırğızıstan vətəndaşlarının Kreml tərəfindən cəbhəyə deportasiya edildiyi iddia edilir.
Xüsusilə də Rusiya tərəfindən cəbhəyə zorla göndərilən Qırğızıstan vətəndaşları arasında fəhlələr və həbsxana məhbusları da var. Bu gün 1 milyondan çox Qırğızıstan vətəndaşı Rusiyada əmək miqrantı kimi çalışır”.