Son yeniləmə: 9 Avqust 2023 10:13
BAYRAQDAR MEDİA – Qırğızıstan və Tacikistan arasında bu ilin əvvəlindən aparılan danışıqlar uğurla başa çatıb. Danışıqlardan sonra Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüşdə mübahisəli sərhəd hissəsi ilə bağlı qərar qəbul edilib.
Kırım Haber Ajansı xəbər verir ki, Qırğızıstan Hökuməti Mətbuat Mərkəzindən edilən açıqlamaya görə, Qırğızıstan və Tacikistan arasında mübahisəli sərhəd ərazisinin 101,9 kilometrlik hissəsi müəyyən edilib: “Türküstan coğrafiyasında sərhəd mübahisələrinin yaranması Sovet İttifaqının həyata keçirdiyi milli demarkasiya siyasətindən qaynaqlanır. Qırğızıstan və Tacikistan sərhədindəki gərginlik də keçmiş Sovet İttifaqının mədəni, coğrafi, iqtisadi və tarixi xüsusiyyətləri nəzərə almadan reallaşdırdığı siyasətin nəticəsidir. Yaşanan problemlər Sovet İttifaqı dövründən bu günə qədər davam edir. Hər iki ölkə fərqli sənədlər və xəritələri müdafiə edir”.
Qeyd edilib ki, Qırğızıstan və Tacikistan arasında sonuncu münaqişə 2022-ci il sentyabrın 14-də Batken bölgəsində baş verib. Münaqişə zamanı Qırğızıstan vətəndaşları arasında itki və xəsarət alanlar olub.