BAYRAQDAR MEDİA – Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı 1 min 658, bu təhsil müəssisələrində boş yerlərin sayı 55 min 382-dir. Məktəbəqədər təhsil müəssisələrinə müraciət edən yeni qeydiyyatçıların sayı 46 min 894, güzəşti olanların sayı isə 1 min 868 nəfərdir”.
Qeyd edək ki, avqustun 1-dən bu günədək ümumilikdə 42 min 073 uşaq üçün 53 min 212 növbə yaradılıb. Bildirək ki, 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazılmaq mümkündür.