Press "Enter" to skip to content

MİQ üzrə müsahibə mərhələsinə başlanılır

Elm və Təhsil Nazirliyi

Son yeniləmə: 9 Avqust 2023 12:32

BAYRAQDAR MEDİA – Avqustun 9-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu mərhələyə ümumilikdə 5 min 660 namizəd dəvət olunub. Müsahibələr avqustun 18-dək davam edəcək. Müsahibə zamanı namizədlərin peşəkar bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq”.

Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Mission News Theme by Compete Themes.