Press "Enter" to skip to content

İran qəzetində Azərbaycan xalqı və dili təhqir edildi

“Sazəndegi” qəzeti

BAYRAQDAR MEDİA – “Azad İran” Telegram kanalı xəbər verir ki, “Şahnamə alimi” kimi tanınan Cavad Rəncbər Derəxşilər adlı yazıçı “Sazəndegi” qəzetində yayımladığı bir yazıda Türk Dili Akademiyasının yaradılması məsələsini pisləyərək deyib: “Ara-sıra Türk Dili Akademiyasının yaradılmasından söhbət açılır. Bu, iransevərləri narahat edir və bəzi anti-İran dairələrsə bunu alqışlayır”.

Bu faşist düşüncəli müəllif dəfələrlə türk dilinin yerli dil olduğunu bildirərək və aşağılayaraq yazıb: “Milli farsdilli İran xalqının içərisində yerli dillərdən biri olan türk dili üçün siyasi qurumun yaradılması hansı məna kəsb edə bilər?”

Paniranist və faşist düşüncəli müəllif Türk Dili Akademiyasını qurmaq istəyənləri təhqir edərək onları cahil adlandırıb: “Türk Dili Akademiyasının yaradılmasının heç bir intellektual, tarixi və siyasi əsası yoxdur. Bu qurumun vəzifələri haqqında deyilənlərin hamısı etibarsızdır, məlumatsızlıqdan və ya eqoizmdən irəli gəlir”.

“Azad İran” xatırladır ki, İranın “Sazəndegi” qəzeti sabiq Prezident Haşimi Rəfsəncaninin ideyalarının davamçısıdır. Qəzet bundan öncə də bir neçə məqaləsində Azərbaycan xalqını, Türkiyə və Azərbaycan prezidentlərini təhqir edib.

Mission News Theme by Compete Themes.