Press "Enter" to skip to content

İlk yüzlükdə 4 türk şirkəti

Son yeniləmə: 9 Avqust 2023 09:21

BAYRAQDAR MEDİA – ABŞ-da yerləşən hərbi yayım təşkilatı Defense News tərəfindən müdafiə satışlarına əsaslanan 2023-cü il üçün “Defence News Top 100” siyahısı açıqlanıb.

Kırım Haber Ajansının məlumatına görə, bu çərçivədə 2022-ci ildə siyahıda 3 olan Türkiyə müdafiə sənayesi şirkətlərinin sayı bu il 4-ə yüksəlib: “Ötən il siyahıda 49-cu olan ASELSAN bu il 47-ci yerə yüksələrək türk şirkətləri arasında liderliyini qoruyub. Türk Aerokosmik Sənaye A.Ş. (TUSAŞ) isə keçən il 67-ci sırada idi və bu il siyahıya 58-ci sırada girərək əhəmiyyətli bir yüksəliş əldə edib”.

Məlumata görə, “ROKETSAN 2022-ci ildə 86-cı sırada idisə, 2023-cü ildə 80-ci pilləyə yüksəlib: “Siyahıya ilk dəfə daxil olan Hərbi Fabrika və Gəmiqayırma Əməliyyatı AŞ (ASFAT) 100-cü pillədə qərarlaşıb”.

Mission News Theme by Compete Themes.