Son yeniləmə: 9 Avqust 2023 16:18
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli ümumi orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqstun 9-da sözügedən qurumun mətbuat xitmətindən bildirilib.
Qeyd olunub ki, işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 48 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb: “Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir”.