Press "Enter" to skip to content

Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

Son yeniləmə: 8 Avqust 2023 12:36

BAYRAQDAR MEDİA – İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun olan vəzifələr və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə 13 avqust 2023-cü il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 8-də Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır: “Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi” mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq”.

Mission News Theme by Compete Themes.