Press "Enter" to skip to content

Layihə çərçivəsində vətəndaş qəbulu

Qəbul zamanı

BAYRAQDAR MEDİA –Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi” layihəsinin icrasını davam etdirir.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində avqustun 5-də Masallı şəhərində vətəndaşların qəbulu keçirilib: “Qəbulda vətəndaşlara hüquqi yardım göstərilmiş və onları narahat edən problemlər haqqında məsləhət verilmişdir. Həmçinin, vətəndaşlar tərəfindən yerli və mərkəzi içra hakimiyyətinə müraciətlər və məhkəmə orqanlarına iddia ərizələri tərtib olunmuşdur”.

Mission News Theme by Compete Themes.