Press "Enter" to skip to content

KKTC daha bir beynəlxalq tədbirdə təmsil olunub

KKTC

BAYRAQDAR MEDİAKKTC-nin milli təhsil naziri Nazım Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatı Təhsil İnstitutunun 4-cü Qəyyumlar Şurasının toplantısında iştirak edib.

Kibris Postası xəbər verir ki, o, çıxışında “Dünyada təhsildə nə edilirsə edilsin, biz KKTC olaraq daha yaxşısını etməliyik” deyib.

Vurğulanıb ki, iclasda təşkilata üzv olan Türkiyə, Pakistan, Türkmənistan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və İranın, həmçinin, müşahidəçi üzv dövlət olan KKTC-nin təhsil nazirləri iştirak ediblər.

N.Çavuşoğlu çıxışında ölkələrlə təhsil arasında əlaqələrin yaxşılaşdırılması məqsədilə keçirilən bu mühüm toplantıda iştirak etməkdən məmnun olduqlarını bildirib. N.Çavuşoğlu iştirakçılara ölkənin təhsil strukturu haqqında da məlumat verib və KKTC-nin ali təhsil adası olduğuna diqqət çəkib. O, bu məqamda Türkiyənin KKTC-yə təhsilin bütün sahələrində dəstəyini də vurğulayaraq, təhsilin fiziki və texnoloji infrastrukturunun inkişaf etdirilməsi üçün iki ölkə arasında mühüm əməkdaşlığın həyata keçirildiyini bildirib.

Mission News Theme by Compete Themes.