Kabinetin iclasında mühüm məsələlər müzakirə ediləcək
BAYRAQDAR MEDİA – Dünyanın və regionun diqqəti yenidən Ankaraya yönəlib. Səbəb isə avqustiun 7-də keçiriləcək Nazirlər Kabinetinin iclasında müzakirə ediləcək məsələlərdir.
Milliyet xəbər verir ki, toplantıda dünyanı, regionu və Türkiyənin daxilini maraqlandıran bir sıra mühüm məsələlər müzakirə ediləcək: “Xarici siyasətin aparıcı mövzularından biri Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri olacaq. V.Putinin səfərinə və səfər zamanı keçirəcəyi görüşlərə hazırlıq iclasda nəzərdən keçiriləcək”.
Məlumata əsasən, iclasın gündəliyindəki digər mühüm məsələ Güney Qafqazla bağlı olacaq: “İclasın gündəliyində Güney Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə dair məsələ də yer alacaq”.
İclasda həmçinin, Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq səyləri, İsveç başda olmaqla bəzi Qərb ölkələrində Qurana qarşı ardıcıl hücumlar, Türkiyə iqtisadiyyatdakında son durum və terrorizmlə mübarizə də əsas müzakirə mövzusu olacaq: “Bundan əlavə, Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra son 6 ayda bölgədəki yaraların sağalması ilə bağlı son məlumatlar paylaşılacaq”.