Son yeniləmə: 4 Avqust 2023 11:08
BAYRAQDAR MEDİA – Qazaxıstanın Xarici İşlər Nazirliyinin Qazax Turizm, Baş Redaktorlar Klubu və CICA Katibliyi (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans) ilə birgə keçirdiyi “Qazaxıstan xarici medianın gözü ilə” 8-ci illik müsabiqəsində 40 ölkədən 70-dən çox jurnalist iştirak etmək üçün müraciət edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Qazaxıstan Xarici İşlər Nazirliyini saytında bu barədə məlumat yerləşdirilib. Həmin məlumata əsasən, beş qitəni təmsil edən jurnalist və bloqqerlər öz yaradıcılıq işlərini müxtəlif formatlarda tədim ediblər: “Xarici işlər nazirinin müavini Roman Vasilenko, Baş Redaktorlar Klubunun prezidenti Bibigul Jeksenbay, Qazax Turizm İdarə Heyətinin sədri Talqat Amanbayev və CICA-nın hərbi-siyasi məsələlər üzrə eksperti, səfir Dulat Kuanışevin daxil olduğu münsiflər heyətinin üzvləri yazıları dəyərləndiriblər”.
Beləliklə, dünyanın müxtəlif regionları üzrə müsabiqənin və nominasiyaların qalibləri 8 əcnəbi müəllif olub.
Daha əvvəl qeyd edildiyi kimi, müsabiqənin qalibləri bu ilin avqustunda Astana, Almatı şəhərləri və Doğu Qazaxıstan vilayətinə səfər etməklə Qazaxıstana təşkil oluncaq səfərdə iştirak etmək üçün unikal imkan əldə edəcəklər.