Son yeniləmə: 4 Avqust 2023 12:49
BAYRAQDAR MEDİA – Bolqarıstanın Haqq və Azadlıqlar Hərəkatının sədri Mustafa Karadayı Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Radio Bolqarıstan xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “Twitter” hesabından paylaşım edilib.
Bildirilib ki, görüş zamanı tərəflərin ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər ətraflı müzakirə edilib.