Son yeniləmə: 4 Avqust 2023 13:20
BAYRAQDAR MEDİA – Çexiya 2-ci Beynəlxalq Krım Platforması Parlament Sammitinə ev sahibliyi edəcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, 2023-cü il oktyabrın 24-də Praqada keçiriləcək sammitdə 30-dan çox ölkə iştirak üçün təsdiqlənib: “Ukrayna parlamentinin sədri Ruslan Stefançuk bəyan edib ki, Ukrayna səfirləri ilə keçirdiyi konfransda o, sammitdə 30-dan çox parlament sədrinin iştirak edəcəyini artıq təsdiqləyib.
Ukrayna keçən il ilk dəfə Krım Platforması Parlament Sammiti 2022-ci il oktyabrın 24-25-də Xorvatiyada keçirilib. Həmin sammitdə 50-dən çox parlament və parlamentlərarası nümayəndə iştirak edib.