Press "Enter" to skip to content

Kitab tanıtma: “Borçalı dastanı”

Borçalı dastanı

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında müəllifi “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli olan “Borçalı dastanı” kitabı da var.

Kitab “Borçalı” İctimai Cəmiyyətinin (daha sonra “Borçalı Cəmiyyəti”) 2009-cu il aprel ayının 12-dən (Cəmiyyətin bərpa konfransından) 2017-ci ilin noyabr ayına qədər həyata keçirdiyi layihələrin məcmusundan ibarətdir. Kitab 8 fəsildən – “Dədə Camal” Məclisləri, “Elmi-nəzəri konfranslar”, “Həmrəylikdən bütövlüyə”, “Elat bayramları”, “Elimizin tǝrǝqqisi naminə layihələr”, “Anım, təqdimat və yubiley tədbirləri”, “Həyat da, mübarizə də davam edir”, “Şəkillərdə qalan tarix” fəsillərindən ibarətdir. Nəşrdə həm də tədbirlərin mətbuatda işıqlandırılması, müsahibələr, müəllif yazıları, rəylər əksini tapıb. Həmçinin kitabda “Borçalı” Cəmiyyətinin quruculuğunda və ümumiyyətlə Borçalı tarixində mühüm rol oynamış şəxsiyyətlərin anım və yubiley tədbirlərinin təqdimatı yer alıb.

Kitabın tərtibçisi, nəşrə hazırlayanı, redaktoru və ön sözünün müəllifi Z.Məmmədli, rəyçilər AMEA Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli, şair-publisist Mədət Coşqun, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, məsləhətçilər şair-tərcüməçi, diplomat Abbas Abdulla, tarix elmləri doktoru Nəsib Nəsiblidir.

Qeyd edək ki, kitab böyük oxucu kütləsi, təşkilat quruculuğu işi ilə məşğul olan kəslər, tədqiqatçılar üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.