Son yeniləmə: 4 Avqust 2023 10:50
BAYRAQDAR MEDİA – Azərbaycana səfər çərçivəsində bir qrup amerikalı jurnalisti və media ekspertiGəncə şəhərində olub.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, amerikalı qonaqlara Azərbaycanın ikinci şəhəri olan Gəncənin tarixi barədə ətraflı məlumat verilib: “İkinci Qarabağ savaşı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən bəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına zidd olaraq cəbhə xəttindən uzaq olan Gəncənin mərkəzindəkiyaşayış məntəqəsinin raketlərlə bombardman edildiyi nəzərə çatdırılıb. Şəhərin bombardmana məruz qalmış hissəsini ziyarət edən qonaqlar bu dəhşətli hadisə zamanı həlak olmuş dinc sakinlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər”. Sonra nümayəndə heyəti “Xan bağı”, Şah Abbas Cümə məscidi, Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar, Qafqaz islam Ordusunun Gəncədəki ilk şəhidlərinin xatirəsinə ucaldılan abidəni və Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər: “Azərbaycanın dahi şairi və mütəfəkkiri, qüdrətli söz ustadı Nizami Gəncəvinin nakam eşq hekayəsi olan “Leyli və Məcnun” poemasını klassik ingilis şairi və dramaturqu Uilyam Şekspirin “Romeo və Culyetta” əsərindən 4 əsr öncə yazması faktı, ingilis ədibinin “Leyli və Məcnun” əsərindən ilham aldığı fərziyyəsiqonaqlarda böyük maraq doğurub”.
Qeyd edilib ki, “nümayəndə heyətinə ABŞ-ın Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoruPaolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir”.