Press "Enter" to skip to content

“YAŞAT” düşərgəsinin 3-cü həftəsi davam edir

YAŞAT düşərgəsi

BAYRAQDAR MEDİA – “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən 3-cü “YAŞAT” düşərgəsi maraqlı və əyləncəli anlarla davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.

Xəbərdə deyilir ki, “həftə çərçivəsində bir sıra əyləncəli və öyrədici tədbirlər reallaşdırılıb. İlkin olaraq səhər idmanına oyanan uşaqlar sonra psixoloqlarla görüşüblər. “Faceart” tədbirində isə üzlərinə bir-birindən maraqlı şəkillərini boya ilə əks etdiriblər. Həmçinin iştirakçılar üçün hovuz saatı, əyləncəli və öyrədici rəqs təlimi və kino saatı olub”.

Sonra xəbərdə, “düşərgənin növbəti günündə “Bilim Bakı” mərkəzi tərəfindən astronomiya laboratoriyası və hotel ərazisində ferma gəzintisi gerçəkləşib. Günün sonunda isə ASAN Radionun təşkilati dəstəyi ilə keçirilmiş konsert proqramında Xalq artisti Röya Ayxan müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib. Həmçinin düşərgə iştirakçıları Uğur Quluzadənin, Yağmur Quluzadənin və Zəhra Fərəcullayevanın doğum günləri qeyd olunub” deyə bildirilir.

Mission News Theme by Compete Themes.