Son yeniləmə: 3 Avqust 2023 14:46
BAYRAQDAR MEDİA – Türkmənlər dekabrın 18-də keçiriləcək yerli seçkilərə bütün İraq üzrə ittifaq şəklində iştirak etməyə hazırlaşır.
Kırım Haber Ajansının məlumatına görə, bu çərçivədə Kərkük, Mosul, Səlahəddin, Diyalə və Bağdadda türkmən seçicilərinin sıx iştirakı üçün işlərə başlanılıb: “İraq Türkmən Cəbhəsinin (İTC) başqanı Hasan Turan 31 iyul 2023-cü il tarixində Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada türkmənlərin yaşadığı bölgələrdə, xüsusilə Kərkükdə xidmətin olmadığını dilə gətirib. H. Turan “vilayət məclislərində ciddi təmsilçiliyə sahib olmaq istəyirik” deyib).