BAYRAQDAR MEDİA – Avqustun 5-də Şahdağ Milli Parkının Şamaxı bölməsində tanınmış qrafika ustası, qeyri-adi rəsmləri ilə sevilən, Azərbaycan Rəssamlar İttifaqının üzvü Hüseyn Mirtəqəvinin nadir sənət nümunələrindən hesab olunan faner üzərində cərrah bıçağı (neştər) ilə çəkdiyi portretlərdən ibarət sərgisi keçiriləcək.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin təşəbbüsü ilə keçiriləcək ksiloqrafiq rəsmlərdən ibarət bu sərgiyə iştirak etmək istəyən hər kəs dəvətlidir”.
Qeyd edək ki, sərgi saat 10:00-da başlayacaq.