Press "Enter" to skip to content

İyulda 18 mindən çox müraciət

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 3 Avqust 2023 14:41

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) iyul ayı ərzində 18 min 538 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 12 334 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 633 müraciət daxil olub. BŞTİ-yə 2 096 sənəd (vətəndaşlar tərəfindən 425 ərizə, Elm və Təhsil Nazirliyindən 259, digər qurumlardan 154, tabelikdə olan təhsil müəssisələrindən 355 məktub və 903 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 475 elektron müraciətə baxılıb”.

Məlumata görə, daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Mission News Theme by Compete Themes.