Press "Enter" to skip to content

İlham Əliyev ABŞ təmsilçisini qəbul edib

Qəbuldan görüntü

Son yeniləmə: 3 Avqust 2023 21:30

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, dövlət başçısı bu yaxınlarda ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirib: “Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqlədi və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirdi”.

ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib

O da bildirilir ki, “söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı”.

Mission News Theme by Compete Themes.