Press "Enter" to skip to content

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Avqustun 3-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023-cü il üzrə ikinci sənəd qəbuluna başlanılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Müraciət üçün tələb olunan sənədlərin siyahısı, elanqeydiyyat müvafiq keçiddən əldə oluna bilər.

Proqrama müraciət müddəti 20 sentyabr 2023-cü ilə kimi davam edəcək.

Qeyd edək ki, əlavə sual yarandığı halda dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət ünvanlamaq mümkündür.

Mission News Theme by Compete Themes.